lider-media.az

Ümumdünya Köçəri Quşlar Günü Abşeron, Şirvan, Ağgöl və Qızılağac milli parklarında qeyd olunub

Baxış: 21157 Tarix: 14-10-2025, 15:34

 Köçəri quşların mühafizəsinə və quş növlərinin ekosistemlərdə oynadığı rola diqqət çəkmək məqsədilə hər il olduğu kimi bu il də Ümumdünya Köçəri Quşlar Günü münasibətilə Abşeron, Şirvan, Ağgöl və Qızılağac milli parklarında maarifləndirici tədbirlər təşkil olunub.
Qızılağac Milli Parkının Böyük Körfəz sahilində keçirilən tədbirdə Lənkəran rayon Nərimanabad kənd məktəbinin, Ağgöl Milli Parkında Laçın rayon Oğuldərə kənd tam orta məktəbinin, Şirvan Milli Parkında isə Salyan rayon Yenikənd kənd orta məktəbinin müəllim və şagird heyəti, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirlər zamanı iştirakçılara köçəri quşların təbiətdəki əhəmiyyəti, onların miqrasiya marşrutları, yaşayış mühitlərinin qorunması və ekosistemlərdəki rolu barədə ətraflı məlumatlar verilib.
Abşeron Milli Parkını ziyarət edən turistlər isə quş müşahidəsi turunda iştirak edərək milli parkın mənzərəsindən zövq alıblar.
Belə tədbirlər təbiətin qorunması, xüsusilə də quş növlərinin mühafizəsi sahəsində ekoloji şüurun artırılmasına, həmçinin gənc nəslin ekoloji dəyərlərə həssas münasibətinin formalaşmasına mühüm töhfə verir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi