lider-media.az

ADA İbtidai Məktəbinin şagirdləri Milli Hidrometeorologiya Xidmətinə ekskursiya ediblər

Baxış: 21414 Tarix: 14-10-2025, 15:18

Gənc nəslin elmə marağını və ekoloji dayanıqlılıq barədə biliklərini artırmaq məqsədilə ADA İbtidai Məktəbinin şagirdləri üçün Milli Hidrometeorologiya Xidmətinə maarifləndirici ekskursiya təşkil olunub.
Ekskursiya zamanı şagirdlər əvvəlcə Xidmətin Hidrometeoroloji Muzeyi ilə tanış olublar. Onlara orada nümayiş etdirilən, ölkəmizdə hidrometeorologiya sahəsinin inkişaf mərhələlərini əks etdirən tarixi meteoroloji cihazlar, avadanlıqlar və nadir fotoşəkillər barədə ətraflı məlumat verilib.
Daha sonra məktəblilər Xidmətin Situasiya Mərkəzində müasir hava proqnozlaşdırma sistemlərinin iş prinsipi ilə tanış olublar.
Mütəxəssislər tərəfindən onlara hava proqnozlarının hazırlanması prosesi, iqlim modellərinin tətbiqi, eləcə də peyk və radar məlumatlarından istifadə üsulları izah edilib.
Tədbirin sonunda keçirilən sual-cavab sessiyasında şagirdlərin ətraf mühitin qorunması və hidrometeorologiya ilə bağlı sualları Xidmətin mütəxəssisləri tərəfindən cavablandırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi