lider-media.az

Xaçmazda da “PeşəFest” keçirildi

Baxış: 232 Tarix: 14-10-2025, 15:16

“PeşəFest-2025”ə bu ay Bakıda keçiriləcək tədbirlə yekun vurulacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi “PeşəFest” tədbiri bu dəfə Xaçmaz rayonunda keçirilib.

“Peşə öyrən, gələcəyini qur!” devizi ilə təşkil edilən festival gənclərin və şagirdlərin peşə seçiminə, onların karyera istiqamətində doğru addım atmalarına dəstək olmaq məqsədi daşıyır.

Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Nihad Muxtarlı, eləcə də rayonun dövlət və özəl qurumlarının rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Festivalın açılış mərasimində çıxış edənlərin gələcəyin peşələri barədə məlumatlılığın artırılmasında “PeşəFest” kimi interaktiv tədbirlərin rolunu xüsusi vurğulayıb və yeniyetmələri bu fürsətdən səmərəli istifadə etməyə çağırıblar.

Sonra peşəkarlar öz ixtisaslarına uyğun təqdimatlarla çıxış edib, təmsil etdikləri peşələrin xüsusiyyətlərini diqqətə çatdırıblar. Onlar festival iştirakçılarına peşə seçimi ilə bağlı öz tövsiyələrini bölüşüblər, yeniyetmələrin və onların valideynlərinin suallarını cavablandırıblar.

“PeşəFest-2025”ə oktyabrın 22-də Bakıda – “Baku Crystal Hall”da keçiriləcək tədbirlə yekun vurulacaq.

“PeşəFest”də ümumilikdə 14 peşə (kibertəhlükəsizlik, data analitika, helpdesk, 3D animator, zinət əşyalarının dizayneri, turizm təşkilatçısı, dülgər, avtomobil təmiri üzrə çilingər, qida mühəndisi, qənnadıçı, xilasedici, barista, diş texniki və baytar) üzrə maarifləndirici tədbirlər təşkil olunub.

Festival iştirakçıları bu peşə sahələri üzrə inkişaf etməyin yolları, tələb olunan bacarıqlar, ixtisas seçimi barədə faydalı məlumatlar əldə etmək, mütəxəssislərlə ünsiyyət qurmaq imkanı qazanıblar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2025    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi