Bakı Metropoliteni baş maliyyə mütəxəssisi vakansiyası elan edir
Komandamıza qoşulmaq fürsəti - Hesabatlılıq şöbəsinə baş maliyyə mütəxəssisi axtarırıq!
Namizəd dəqiq maliyyə hesabatlarının hazırlanması, təhlili və təqdim olunmasını bacarmalı, mühasibatlıq standartlarına uyğunluğun təmin edilməsi prosesini dəqiq bilməlidir.
Seçiləcək şəxsləri hansı öhdəliklər gözləyir?
• IFRS standartlarına uyğun olaraq aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanmasına rəhbərlik etmək;
• Detallı fərq təhlilləri aparmaq və maliyyə nəticələrinə təsir edən meylləri müəyyənləşdirmək;
• Hesabat məqsədləri üçün əsas maliyyə məlumatlarının toplanması üzrə müxtəlif şöbələrlə əməkdaşlıq etmək;
• Hesabat prosedurlarını daxili nəzarət tələbləri və beynəlxalq maliyyə hesabatı standartlarına uyğun qaydada həyata keçirmək.
Namizədlərdən tələblərimiz:
• Ən azı 1-3 il iqtisadi və ya biznes təhlili sahəsində iş təcrübəsi (nəqliyyat, enerji və ya dövlət sektorunda təcrübə üstünlükdür);
• Beynəlxalq Maliyyə Hesabatı Standartları (IFRS) və yerli vergi qanunvericiliyi üzrə dərin biliklər;
• Maliyyə hesabatları və mühasibat prinsipləri üzrə biliklər;
• Maliyyə, mühasibatlıq və ya əlaqəli sahədə bakalavr dərəcəsi;
• Dinamik və sürətli iş mühitində işləmək bacarığı;
Qeyd: ACCA/CFA sertifikatları, “Big 4” təcrübəsi, həmçinin 1C proqram təminatı ilə işləmək bacarığı olanlara üstünlük veriləcək.
Metropoliten sizə nə təklif edir?
• Sabit və etibarlı iş mühiti;
• Peşəkar komandada inkişaf və karyera imkanları;
• Əmək bazarına uyğun rəqabətli əməkhaqqı;
• Metropolitendən ödənişsiz istifadə imkanı;
• Güzəştli nahar təminatı;
• “Metropolitan Apartments” istirahət mərkəzi və əməkdaşlıq etdiyimiz digər sanatoriyalarda güzəştli istirahət imkanı;
• Psixoloji dəstək xidməti.
Müraciət üçün Bakı Metropoliteninin “[email protected]” e-mail ünvanına mövzu hissəsində "Baş maliyyə mütəxəssisi" qeyd etməklə CV göndərə bilərsiniz.
Son müraciət tarix: 28 oktyabr 2025-ci il