lider-media.az

Milli Məclisin sədri Sahibə Qafarova Pakistan İslam Respublikası Senatının sədri ilə görüşüb

Baxış: 21156 Tarix: 14-10-2025, 11:21

Milli Məclisin sədri Sahibə Qafarovanın Pakistan İslam Respublikasına işgüzar səfəri çərçivəsində ölkə Senatının sədri Syed Yusuf Raza Gilani ilə görüşü olub. Görüşdə ölkələrimiz arasında münasibətlərin dostluq və qardaşlıq prinsiplərinə söykənərək uğurla inkişaf etməsindən məmnunluq ifadə olunub.

Əlaqələrimizin yüksək səviyyəyə çatmasında ölkə liderlərinin qarşılıqlı səfərlərinin mühüm rol oynadığı diqqətə çatdırılıb. Bu münasibətlərin inkişafında parlamentlərin xüsusi roluna diqqət çəkən spikerlər, qanunverici orqanlarımızın həm ikitərəfli əsasda, həm də müxtəlif platformalarda əməkdaşlığını yüksək qiymətləndiriblər.

Söhbət zamanı Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli görüşünün keçirilməsi münasibətlərimizin daha da genişləndirilməsinə töhfə kimi dəyərləndirilib, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. 




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi