lider-media.az

Oktyabrın 14-ü saat 9:00-a olan faktiki hava

Baxış: 214 Tarix: 14-10-2025, 10:42

Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 14-ü saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti davam edib. Əksər yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış, Şahdağ və Gədəbəyin yüksək dağlıq ərazilərinə isə qar yağıb.
Düşən yağıntının miqdarı Qaxda (Sarıbaş) 26, Balakəndə 25, Zaqatalada 21, Şəkidə (Kişçay) 12, Qusarda 11, Qubada 9, Yevlaxda 8, Gəncə və Daşkəsəndə 6, Xaçmaz və Qəbələdə 5, Gədəbəy, Oğuz və Mingəçevirdə 4, Şabran, Şəmkir, Tərtər, Tovuz, Göygöl, Bərdə, Zərdab, Qobustan, Şamaxı, Biləsuvar, Sabirabad, Kürdəmir, Göyçay, Beyləqan, Naftalan, İsmayıllı, Xızı və Sədərəkdə 3 mm-dək qeydə alınıb.
Bir sıra ərazilərdə şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti Mingəçevirdə 24, Goranboyda 23, Naftalan və Culfada 22, Bakıda və Abşeron yarımadasında 21, Göyçayda 18, Sabirabadda 17 m/s-dək güclənib.
Sumqayıt, Göygöl, Göyçay, Zaqatala, Qəbələ, Şəki, Xızı, Qusar, Qrız, Şahdağ, Xaltan, Lerikdə duman müşahidə olunub. Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2025    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi