lider-media.az

Fərid Əhmədov: Məhkəmə hakimiyyəti cəmiyyətin ən fundamental dəyərlərinin keşiyində dayanan bir qarantdır

Baxış: 21641 Tarix: 12-10-2025, 19:19

Fərid Əhmədov: Məhkəmə hakimiyyəti cəmiyyətin ən fundamental dəyərlərinin keşiyində dayanan bir qarantdır

Məhkəmə hakimiyyəti hər hansı bir cəmiyyətin ən fundamental dəyərlərinin keşiyində dayanan bir qarantdır. Bunu Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədov Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyasının açılış mərasimində çıxışı zamanı deyib.

O, çıxışına belə davam edib: "Məhkəmə hakimiyyəti bizi hər hansı səhvlərdən qoruyur, üzərimizə düşən vəzifənin lazımi şəkildə icrasında istiqamətləndirir. Bu, bizə elə imkanlar, şəraitlər yaradır ki, üzərimizə düşən vəzifəni ədalət mühakiməsi çərçivəsində həyata keçirək. Lakin yekun nəticədə məhkəmə hakimiyyətinin məqsədi ədalətin zəfər çalmasıdır. Ədalət o zaman zəfər çalar ki, o, hər hansı bir fəaliyyətin mərkəzində dayanan bünövrə kimi götürülür".

F.Əhmədov öz çıxışında Azərbaycanda qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları arasında əməkdaşlığın mövcudluğunu və bunun ədalət mühakiməsinin ortaya qoyulmasında əsas götürüldüyünü də diqqətə çatdırıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi