lider-media.az

Baş nazir Əli Əsədov Belarusun Baş nazirinin müavini ilə görüşüb

Baxış: 613 Tarix: 14-05-2024, 21:13

Baş nazir Əli Əsədov Belarusun Baş nazirinin müavini ilə görüşüb

Mayın 14-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Belarus Respublikasının Baş nazirinin müavini İqor Petrişenko ilə görüşüb.

Lider-media.az xəbər verir ki, görüşdə Belarus Prezidenti Aleksandr Lukoşenkonun Azərbaycana dövlət səfərinin əhəmiyyəti qeyd olunub, səfərin iki ölkə arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə yeni təkan verəcəyinə əminlik ifadə olunub.

Bundan əlavə, ticarət-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının cari ilin iyun ayında Minskdə keçiriləcək 14-cü iclasının vacibliyi vurğulanıb.

Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə münasibətlərin inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə gələcək qarşılıqlı əlaqələrin perspektivləri müzakirə olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi