lider-media.az

Bakı-Sumqayıt yolundakı dəhşətli qəza

Baxış: 21136 Tarix: 9-10-2025, 14:53

baki-sumqayit-yolundaki-dehsetli-qezanin

Bu gün saat 08:50 radələrində Bakı-Quba yolunun 27-ci kilometrliyində - Sumqayıt şəhəri yaxınlığında piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 Baş DYP İdarəsi xəbər verir ki, 1984-cü il təvəllüdlü Ruslan Ağammədovun idarə etdiyi “Chevrolet” markalı, 77-YR-183 dövlət qeydiyyat nişanlı avtomobil yoldan çıxıb. Nəticədə maşın yolun kənarında dayanan 1995-ci il təvəllüdlü piyada Kənan Nəsirovu vurub. O aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Hazırda faktla bağlı araşdırma aparılır.

İdarə sürücülərə müraciət edərək yorğun, yuxusuz və ya səhhətində problem olduğu halda sükan arxasına əyləşməyin yol hərəkəti təhlükəsizliyi üçün ciddi risk yaratdığını bildirib: “Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi sürücülər hələ də bu kimi hallara məsuliyyətsiz yanaşır ki, bu da çox zaman faciəvi nəticələrlə yekunlaşır”.




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi