lider-media.az

Kəsilmiş ağacların əvəzinə yeni ağaclar əkilib, identifikasiya etiketi vurulub

Baxış: 21225 Tarix: 9-10-2025, 14:45

4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Sumqаyıt şəhəri, Dənizkənarı Bulvar ərazisində ağacların qanunsuz kəsilməsi faktı aşkar olunub.

İdarənin rəisi Asif Məcidov bildirib ki, araşdırma zamanı 30 zeytun ağacının və 12 lüqustr kolunun vətəndaş Vüsalə Hüseynliyə icarəyə verilmiş torpaq sahəsində kəsildiyi və təbiətə 20 160 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.
“Faktla bağlı akt tərtib edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır”.
İdarə rəisinin sözlərinə görə, kəsilmiş ağacların əvəzinə 42 sərv ağacı əkilib. Yeni əkilən ağaclar qeydiyyata alınaraq identifikasiya etiketi vurulub. Eyni zamanda, onlara aqrotexniki qulluq göstərilməsi və mühafizə olunması məqsədilə Sumqayıt Bulvar İdarəsinə müraciət olunub.
“Vətəndaşlardan yaşıllıqlara qayğı ilə yanaşmaları, onların mühafizəsinə həssas münasibət göstərmələri və bu kimi hallarla rastlaşdıqları zaman Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “168 Çağrı Mərkəzi”nə müraciət etmələri xahiş olunur”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi