lider-media.az

Quşçuluq sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri ilə görüş keçirilib

Baxış: 21165 Tarix: 9-10-2025, 14:38

Kənd Təsərrüfatı Nazirliyində quşçuluq sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri ilə görüş keçirilib. Görüşdə nazirliyin rəhbər şəxsləri, müvafiq şöbələrinin və struktur bölmələrinin rəhbərləri iştirak ediblər.

Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkədə kənd təsərrüfatının inkişafına dövlət dəstəyi, aqrar sahənin inkişafı ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib. Respublikamızda quşçuluq sahəsinin inkişafının dövlətin diqqət mərkəzində olduğunu deyən nazir Məcnun Məmmədov bu sahədə fəaliyyət göstərən sahibkar və fermerlərlə mütəmadi görüşlərin keçirildiyini vurğulayıb. Nazir ölkədə quşçuluq sahəsinin daha da inkişaf etdirilməsinin əsas prioritetlərdən biri olduğunu vurğulayıb.  

“Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin üzvləri, quşçuluq sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri müəssisələrin fəaliyyəti, görülən işlər barədə məlumat verib, quşçuluğun inkişafına dair təkliflərini bölüşüblər.

Görüş iştirakçıları quşçuluğun inkişafı, sənaye üsulu ilə quş əti istehsalında mövcud vəziyyət, istehsal prosesinin daha da təkmilləşdirilməsi, quş əti istehsalında müasir texnologiyaların tətbiqi, quşçuluqda yem təminatı məsələlərini müzakirə ediblər.

Tədbirdə ölkədə quşçuluğun inkişafı məqsədilə qarşıya qoyulan vəzifələrə toxunulub, assosiasiya üzvləri tərəfindən səsləndirilən təkliflər qeydiyyata alınıb, bu cür müzakirələrin mütəmadi keçirilməsi qərara alınıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi