lider-media.az

Səhiyyə Nazirliyində Türkmənistanın nümayəndə heyəti ilə görüş keçirilib

Baxış: 21105 Tarix: 9-10-2025, 11:29

Azərbaycan Səhiyyə Nazirliyində Türkmənistan Prezidenti yanında Arxadağ şəhərinin inşası üzrə Dövlət Komitəsinin sədri Deryageldi Orazov ilə görüş keçirilib. Füzuli şəhərində məscidin təməlqoyma mərasimində iştirak məqsədilə ölkəmizə səfər çərçivəsində baş tutan görüşdə, həmçinin Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasov iştirak edib.
Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycan və Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən səhiyyə sahəsində uğurla inkişaf etdiyini qeyd edib. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə səhiyyə sistemində həyata keçirilən uğurlu islahatların apardığını vurğulayan nazir, infrastruktur layihələri və tibbi xidmətlərin keyfiyyətinin artırılması istiqamətində görülən tədbirlər barədə məlumat verib.
Sonda Azərbaycanın səhiyyə naziri ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsinin əhəmiyyətini qeyd edib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Deryageldi Orazov Türkmənistanda Arxadağ şəhərinin qurulması zamanı səhiyyə infrastrukturu ilə bağlı həyata keçirilən layihələr barədə məlumat verib və bu istiqamətdə təcrübə mübadiləsinin faydalı olacağını qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən gələcək əməkdaşlıq imkanları müzakirə olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi