lider-media.az

Yeni medal kimlərə veriləcək?

Baxış: 21484 Tarix: 9-10-2025, 11:20

Yeni medal kimlərə veriləcək?

Azərbaycan Respublikasında Konstitusiyanın 30 illiyi ilə bağlı yeni medal təsis edilib.
Bu barədə “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar qanunda qeyd olunur.Qanuna əsasən, "Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)" yubiley medalı Konstitusiyanın hazırlanmasına, təkmilləşdirilməsinə və təbliğinə, qanunvericilik və hüquq sisteminin inkişafına, Konstitusiyanın aliliyinin təmin edilməsinə, dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə, konstitusion ideya və prinsiplərin formalaşdırılması və inkişafına töhfə vermiş şəxslərə təqdim ediləcək. Bundan əlavə, Azərbaycan dövləti qarşısında xüsusi xidmətləri olan şəxslər də bu yubiley medalı ilə təltif edilə bilərlər.

Qanuna görə, yubiley medalı ilə təltif etmə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi