lider-media.az

Hərbi xidməti başa vuran sərhədçi əsgərlərin Silahlı Qüvvələrin ehtiyatına buraxılması həyata keçirilir

Baxış: 21324 Tarix: 8-10-2025, 16:33

Dövlət Sərhəd Xidmətinin struktur qurumlarında və hərbi hissələrində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən müddətli həqiqi hərbi xidməti başa vuran sərhədçi əsgərlərin Silahlı Qüvvələrin ehtiyatına buraxılması həyata keçirilir.

Hərbi hissələrin Döyüş Bayrağının sıra meydanına gətirilməsi ilə başlayan tədbirlərdə Dövlət Himni səsləndirilmiş, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Çxışlarda hər bir Azərbaycan sərhədçisinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında dövlət sərhədinin mühafizəsi və müdafiəsi kimi ali vəzifəni qürurla yerinə yetirdiyi, vətənin keşiyində əzmlə dayandığı xüsusi vurğulanmışdır.

Xidməti borclarını başa vuraraq Silahlı Qüvvələrin ehtiyatına buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına Vətənə sədaqətlə xidmət etdiklərinə və qarşıya qoyulmuş tapşırıqları nümunəvi şəkildə yerinə yetirdiklərinə görə təşəkkür edilmişdir. 

Tədbirlərin sonunda xidmətdə fərqlənənlər təltif olunmuş, şəxsi heyətlə xatirə fotoşəkilləri çəkildikdən sonra əsgərlər təntənəli şəkildə yola salınmışlar.






OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi