lider-media.az

İlk dəfə ölkədəki bütün alimlərə limitsiz sayda ödənişsiz məqalə dərc etmək imkanı təqdim edildi

Baxış: 21181 Tarix: 8-10-2025, 11:01

Elm və Təhsil Nazirliyi (ETN) və Böyük Britaniyanın nüfuzlu Kembric Universitetinin “Cambridge Press” nəşriyyatı arasında əldə edilmiş razılığa əsasən, Azərbaycanda fəaliyyət göstərən bütün müəlliflər növbəti 3 il ərzində “Cambridge Press” tərəfindən nəşr edilən 422 yüksək impakt faktorlu, hibrid və “gold” açıq əlyetərli (Open Access) jurnallarda limitsiz sayda məqalə dərc etmək imkanı əldə etmişdir.
Lider-media.az xəbər verir ki, “Web of Science” və “Scopus”da indekslənən bu jurnallarda açıq əlyetərli (Open Access) məqalə dərcinin qiyməti minlərlə manat dəyərində ölçülür. Lakin, sözügedən razılıq əsasında Azərbaycanlı alimlər bu ödənişi etmədən öz məqalələrini Kembric Universiteti Nəşriyyatının jurnallarında dərc edə bilər. Razılaşma, eyni zamanda ölkənin 140 elmi və ali təhsil müəssisəsinə “Cambridge Press” nəşriyyatının jurnallarını müddətsiz oxumaq imkanını təqdim edir.
Xidmətdən istifadə etmək istəyən müəlliflər, “Cambridge Core” (cambridge.org/core/journals) platformasına daxil olaraq müvafiq qaydada yararlana bilərlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi