lider-media.az

Şərəfli ömrün 55 ili

Baxış: 5488 Tarix: 7-10-2025, 20:43

Zamanın sınağından alnıaçıq, başıuca çıxan insanlar var – onların hər addımı, hər xidməti bir tarix səhifəsinə çevrilir. Bu gün belə insanlardan biri, dövlətə və xalqa sədaqətli xidmət nümunəsi olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Ali Hərbi Məktəbinin sabiq rəisi, hazırda Daxili İşlər Nazirinin Hərbi məsələlər üzrə Müşaviri, General-mayor İlqar Məmmədovun 55 illik yubileyidir.

Bu yubiley təkcə bir ömrün təqvimə yazılmış illəri deyil – bu, həm də vətənə sədaqətlə yoğrulmuş xidmətlərin, əqidə ilə çəkilmiş zəhmətin, hərbi fədakarlığın yubileyidir.

İlqar Məmmədovun keçdiyi şərəfli yol sıradan bir yol deyil. Bu yolun başlanğıcında Vətən sevgisi, mətanət, vəzifə borcuna sarsılmaz sədaqət dayanır. O, Azərbaycanın daxili təhlükəsizlik sisteminin formalaşmasında, zabit kadrların yetişdirilməsində, daxili qoşunların peşəkarlaşdırılmasında mühüm rol oynamış bir şəxsiyyətdir. Onun rəhbərlik etdiyi Ali Hərbi Məktəb, bu gün onlarla, yüzlərlə vətənpərvər zabitin formalaşdığı müqəddəs bir təlim ocağına çevrilib.

Zabit kimi irəlilədiyi yolda İlqar Məmmədov özünü hər zaman prinsipiallığı, dəqiqliyi, qətiyyəti ilə fərqləndirib. Onun hərbi intizamı, təşkilatçılıq qabiliyyəti, insanlara münasibətdəki səmimiyyəti onu həm zabit yoldaşları, həm də tabeliyində çalışanlar üçün nümunəyə çevirib.

Bu gün o, Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin Hərbi məsələlər üzrə Müşaviridir  və yenə də Vətən qarşısında məsuliyyətini yüksək səviyyədə daşıyır. Təhlükəsizliyin keşiyində dayanan bu fədakar generalın fəaliyyəti bir daha sübut edir ki, dövlətə sədaqət, xalqa xidmət ömürlük missiyadır.

55 illik yubiley münasibətilə General-mayor İlqar Məmmədovu səmimi-qəlbdən təbrik edir, ona cansağlığı, ailə səadəti, daha böyük uğurlar və şərəfli xidmət yolunda yeni-yeni zirvələr arzulayırıq!

Qoy Vətən həmişə belə oğulları ilə fəxr etsin!


Nurəngiz Adilqızı




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi