“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Suverenlik və İqtisadiyyat” adlı elmi məqalə müsabiqəsi
İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Elmi Tədqiqat İnstitutu gənc magistrant və doktorantları “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Suverenlik və İqtisadiyyat” adlı elmi məqalə müsabiqəsində iştiraka dəvət edir.
Müsabiqənin keçirilməsində məqsəd gənc magistrant və doktorantların elmi yaradıcılıqlarını dəstəkləmək, onları ölkənin iqtisadi və sosial inkişafı, milli iqtisadi suverenlik və iqtisadi islahatların təhlili üzrə tədqiqatlara cəlb etmək və elmi məqalələr hazırlamağa təşviq etməkdir.
Müsabiqəyə aşağıdakı istiqamətlər üzrə məqalələr təqdim edilə bilər:
Azərbaycanda aparılan iqtisadi islahatlar;
Azərbaycanın iqtisadi suverenliyinin əsasları;
Azərbaycanın xarici iqtisadi əlaqələri;
İqtisadiyyat və sosial inkişaf;
Dayanıqlı inkişaf və yaşıl iqtisadiyyat;
Rəqəmsal iqtisadiyyat və innovasiya;
Dairəvi iqtisadiyyat və resursların səmərəli istifadəsi;
Qlobal iqtisadi çağırışlar və trendlər.
Müsabiqədə 21-35 yaş aralığında, cari dövrdə magistratura və doktorantura pillələri üzrə təhsil alan gənc tədqiqatçılar iştirak edə bilərlər. İştirak etmək istəyənlər məqalələri 14 noyabr tarixinədək müəllifin şəxsiyyət vəsiqəsinin və təhsil aldığını təsdiq edən sənədin (tələbə bileti və ya “myGov” portalından cari ali təhsili haqqında məlumat) surəti ilə birgə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Müsabiqə komissiyası tərəfindən seçilən üç ən yaxşı məqalə müəllifləri mükafatlandırılacaqdır. Seçilmiş məqalələr xüsusi toplu halında elektron kitab formasında nəşr ediləcəkdir.
Məqalələrin yazılması, qiymətləndirilmə meyarları və qaydaları ilə bağlı ətraflı məlumat almaq üçün linkə keçid edə bilərsiniz:
Əlavə suallar üçün əlaqə:
(+994) 12 430 96 18
(+994) 51 280 43 35