lider-media.az

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Davamlı Karyera Sərgisi keçirilib

Baxış: 211 Tarix: 7-10-2025, 19:05

Tədbirin açılışında COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai, COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənova və “Regional İnkişaf" İctimai Birliyinin Layihələr və könüllülərlə iş şöbəsinin müdiri Adilə Əliyeva iştirakçıları salamlayaraq tədbirin gənclərin inkişafı və dayanıqlı gələcəklə bağlı imkanlar barədə məlumat əldə etmələri baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.
Yarmarkanın əsas hissəsində tələbələr şirkətlərin karyera masaları və guşələrində müxtəlif qurumların mütəxəssisləri ilə birbaşa ünsiyyət quraraq təcrübə və iş imkanları barədə məlumat alıblar. Yarmarkada Ekologiya və Təbii Sərvətlər Nazirliyi də öz stendi ilə təmsil olunub. Gənclərə dövlət qurumunda işə qəbul qaydaları, Nazirliyin fəaliyyət istiqamətləri ilə bağlı məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb. İştirakçılara ölkəmizin milli parklarının görüntülərini əks etdirən simvolik hədiyyələr təqdim olunub.
Qeyd edək ki, tədbirin əsas məqsədi tələbələri davamlılıq sahəsində mövcud real karyera imkanları ilə tanış etmək, müxtəlif sektorların yaşıl iqtisadiyyata töhfəsini göstərmək və gəncləri bu istiqamətdə peşəkar inkişaf yoluna təşviq etmək olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2025    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi