lider-media.az

Türkmənistan tərəfindən Füzulidə tikiləcək məscidin onlayn formatda təməli qoyulub

Baxış: 21175 Tarix: 7-10-2025, 16:46

Türkmənistan tərəfindən Füzulidə tikiləcək məscidin onlayn formatda təməli qoyulubOktyabrın 7-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov və Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak edən digər dövlət və hökumət başçıları Türkmənistan tərəfindən Füzulidə tikiləcək məscidin onlayn formatda təməlini qoyublar.

Türkmənistan tərəfindən Füzulidə inşa ediləcək məscid kompleksinin ümumi ərazisi 1 hektardan çox olacaq. Məscid binasında hər biri 40 metr olmaqla 2 minarə inşa ediləcək. Əsas günbəzin hündürlüyü isə 30 metr təşkil edəcək. Burada eyni vaxtda 500 nəfər ibadət edə biləcək.

Qeyd edək ki, Qarabağın və Şərqi Zəngəzurun bərpası istiqamətində Azərbaycan dövlətinin gördüyü işlərə TDT-yə üzv və müşahidəçi ölkələr də öz töhfələrini verir. Belə ki, Türkmənistan tərəfindən Füzulidə məscidin tikintisi ilə yanaşı, bu rayonda Özbəkistan tərəfindən Mirzə Uluqbəy adına məktəbin, Qazaxıstan tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin, Ağdamda Qırğızıstan tərəfindən Manas adına məktəbin tikilib istifadəyə verilməsi, Macarıstan tərəfindən Cəbrayılda məktəb binasının tikilməsi, Türkiyə şirkətlərinin bir çox tunel, körpü və yolların inşasında iştirakı bunun əyani göstəricisidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi