lider-media.az

Bakı Dairəvi yolunun köməkçi hissəsində təmir işləri aparılır VİDEO/FOTO

Baxış: 21243 Tarix: 7-10-2025, 15:57

Vətəndaşların təhlükəsiz və rahat hərəkətinin təmin olunması məqsədilə Bakı şəhəri, Yasamal rayonu ərazisində, Bakı Dairəvi avtomobil yolunun köməkçi hissəsində təmir işləri aparılır. 

Təmir işləri yolun Məhəmməd Xiyabani küçəsi ilə kəsişməsindən başlayaraq Moskva prospektinədək olan, ümumi uzunluğu 1580 metr təşkil edən hissəsini əhatə edir. 

Qeyd edək ki, bir müddət əvvəl bu ərazidə kommunikasiya xətlərinin çəkilməsi ilə əlaqədar qazıntı işləri aparılmış, ardınca əks-dolğu işləri yerinə yetirilmiş və hamarlayıcı lay asfalt-beton örtüyü döşənmişdir. Hazırda isə qazılmış hissənin mövcud asfalt-beton örtüklə eyni səviyyəyə gətirilməsi məqsədilə aşınma lay asfalt-beton örtüyünün döşənməsinə hazırlıq işləri görülür.

Təmir işlərinin 9 oktyabr saat 24:00-a dək tamamlanması planlaşdırılır.

Sürücülərdən göstərilən yol sahəsində hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə ciddi şəkildə riayət etmələri xahiş olunur.

YOLUNUZ AÇIQ OLSUN...


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi