lider-media.az

Qəbələdə TDT-nin XII Zirvə Görüşü keçirilir  

Baxış: 3438 Tarix: 6-10-2025, 17:29

Qəbələ şəhəri Türk Dövlətləri Təşkilatının (TDT) XII Zirvə Görüşünə ev sahibliyi edir. 
Lider-media.az xəbər verir ki, “Regional sülh və təhlükəsizlik” mövzusunda keçirilən Zirvə Görüşündə türkdilli dövlətlərin rəhbərləri iştirak edirlər. 
Zirvənin sonunda TDT-yə sədrlik Qırğızıstandan Azərbaycana keçəcək, bu isə ölkəmizin təşkilatdakı liderlik missiyasının rəsmi təsdiqi olacaq.
Bu sammitin təşkili Türk dünyasının gələcək konturlarının, ortaq strateji hədəflərinin və birgə fəaliyyət mexanizmlərinin müəyyən ediləcəyi tarixi hadisədir. 
Zirvə çərçivəsində TDT-yə üzv və müşahidəçi statusuna malik ölkələrin dövlət və hökumət başçıları bir araya gələrək, sonuncu görüşdən bəri həyata keçirilmiş işləri dəyərləndirəcək, əldə olunmuş nailiyyətləri müzakirə edəcək və gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirəcəklər. Görüş zamanı qəbul olunacaq sənədlər, o cümlədən XII Zirvə Görüşünün Bəyannaməsi təşkilatın siyasi və institusional strukturunun yeni mərhələyə keçidini əks etdirəcək. 
Zirvə görüşü öz işini sabah yekunlaşdıracaq. 

Səadət


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi