lider-media.az

Şəhid ailələri və qazilərdən ibarət bir qrupun Qarabağa səfəri təşkil edilib

Baxış: 146 Tarix: 6-10-2025, 13:59

“Modern İnkişaf və Ailə” İctimai Birliyinin təşkilatçılığı ilə şəhid ailələrinin üzvlərindən və qazilərdən ibarət 50 nəfərlik qrup Ağdam, Xocalı, Xankəndi və Şuşa şəhərlərinə səfər edib.

Lider-media.az xəbər verir ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunan səfərdə məqsəd Vətən üçün canlarından keçən oğulların xatirəsinə ehtiram göstərmək, şəhid ailələrinin, qazilərin məsələlərinin dövlətimizin, ictimaiyyətin diqqət mərkəzində olmasını nümayiş etdirməkdir.

İştirakçılar Qarabağ bölgəsinin tarixi və memarlıq abidələrini, eləcə də qədim məscidlərini ziyarət edərək, şəhidlərimizin əziz xatirəsini anıb, azad edilmiş torpaqlarda aparılan quruculuq və bərpa işləri ilə tanış olublar.

Tədbirlə bağlı fikirlərini bölüşən “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva deyib: “Bu günü bizə bəxş edən şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə və müharibə iştirakçılarına cansağlığı arzulayırıq. Azərbaycan xalqına Zəfər sevinci bəxş edən, regiona sülh gətirən Prezident İlham Əliyevə hər birimiz minnətdarıq. Bu gün şəhidlərimizin ruhu şaddır!

QHT rəhbəri belə səfərlərin davamlı olaraq təşkil ediləcəyini bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi