lider-media.az

Məşhur Məmmədov Miyankü kəndinin şəhid ailələri ilə görüşüb

Baxış: 3357 Tarix: 6-10-2025, 12:36


;>

Milli Məclisin Masallı rayonundan deputatı Məşhur Məmmədov anım günləri çərçivəsində Miyankü kəndinin şəhid ailələri ilə görüşüb. 


Lider-media.az xəbər verir ki,  kənd şəhidlərinin xatirəsinə inşa olunan Miyankü Şəhidlər Bulağının qarşısında şəhid ailələrinin üzvləri ilə söhbət edən deputat onların qayğıları və müraciətləri ilə maraqlanıb, suallarını cavablandırıb. 

Şəhid ailələrinin üzvləri diqqət və qayğıya görə dövlətimizə, ölkə rəhbərinə dərin minnətdarlıqlarını ifadə ediblər. 

Daha sonra şəhid ailələri və kənd sakinləri ilə birlikdə torpaqlarımızın azadlığı uğrunda canından keçən Miyankü kəndinin  şəhidlərinin məzarları ziyarət olunub. 

"Bu cür görüşlər bir daha göstərir ki, şəhidlərimizin ailələrinə və qazilərimizə diqqət, ehtiram dövlət siyasətinin mühüm tərkib hissəsidir. Onların fədakarlığı, Vətən sevgisi hər birimiz üçün örnəkdir"-deyə Məşhur Məmmədov vurğulayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi