NİFTƏLİYEV Cəmil Səmədxan oğlu 5 oktyabr 1968-ci ildə Yardımlı rayonunun Şəfəqli kəndində dünyaya göz açmışdır. 1975-ci ildə ailəvi Bakı şəhərinin Lökbatan qəsəbəsinə köçmüşlər. Orta təhsilini Qaradağ rayonunun 233 saylı Lökbatan qəsəbə orta məktəbində almışdır. O, 1986-cı il oktyabrın 11-də hərbi xidmətə çağırılmışdır. Özbəkistanda dörd ay snayperlik kursunda hazırlıq keçdikdən sonra Əfqanıstana göndərilmişdir. Atıcı batalyonunda xidmət edirdi. Müharibənin nə qədər ağır, dözülməz və çətin olduğunu burada başa düşdü. Lakin bu barədə evlərinə bir kəlmə də olsun yazmırdı. Ağır döyüş əməliyyatlarının birində yaralandı. Bir neçə ay hospitalda müalicə olunduqdan sonra, yenidən hərbi hissəyə qayıtdı. Xidmət zamanı göstərdiyi şücaətlərə görə bir neçə dəfə medallarla, fəxri fərmanlarla təltif edildi. 27 oktyabr 1989-cu ildə ordudan tərxis olundu. Cəmil Vətənə dönərək DİN-nin Səbail rayon Yanğından Mühafizə İdarəsində işləməyə başladı.
Həmin vaxtlar erməni təcavüzü yenicə başlamışdı. Bir peşəkar hərbçi kimi Cəmil Vətənin onun kimi oğullara ehtiyacı olduğunu bilərək, rəhbərliyə raportla müraciət edir. O, 10 mart 1992-ci ildə torpaqlarımızı erməni işğalçılarındandan müdafiə etmək üçün silah götürür. Cəbhədə ezamiyyət müddəti bitəndən sonra yenidən komandanlığa müraciət edərək döyüş bölgəsində qalmağa razılıq alır. O, Ağdam döyüş bölgəsində vuruşur. Bütün əməliyyatlarda rəşadət göstərən cəsur döyüşçü 1992-ci il mart ayının 29-da Ağdamın Şelli kəndində gedən döyüşlərdə qəhrəmancasına həlak olur.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Cəmil Səmədxan oğlu Niftəliyevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Vaxtilə oxuduğu 233 saylı orta məktəb və Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən gəmisi onun adını daşıyır.


Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycanın Milli Qəhrəmanı
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Xocalının Vətən Müharibəsi Şəhidləri
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb