lider-media.az

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Baxış: 21355 Tarix: 4-10-2025, 13:08

Beş il əvvəl, 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhəri Ermənistan silahlı qüvvələrinin işğalından azad edilib.

Cəbrayıl şəhərinin işğaldan azad edilməsini Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev həmin gün xalqa müraciətində elan edib. Möhtəşəm tarixi Zəfər əldə etdiyimiz Vətən müharibəsində Cəbrayıl işğaldan azad edilən ilk şəhərimiz olub.

2020-ci il noyabrın 16-da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna səfər ediblər və dövlətimizin başçısı Cəbrayıl şəhərində və Xudafərin körpüsündə üçrəngli bayrağımızı qaldırıb.

Ölkə Prezidentinin Sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə” medalı təsis olunub və hər il oktyabrın 4-də Cəbrayıl Şəhəri Günü qeyd olunur.

İşğaldan azad edilmiş digər ərazilərimiz kimi, Cəbrayılda da genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Görülən işlər nəticəsində Cəbrayıl yeni inkişaf dövrünü yaşayır. Doğma yurd həsrətinə son qoyulmuş Cəbrayıl sakinləri isə sonsuz sevinc və iftixar duyğuları ilə ata-baba torpaqlarına qayıdırlar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi