lider-media.az

FHN III MDB Oyunları ilə əlaqədar gücləndirilmiş rejimdə xidməti davam etdirir (video)

Baxış: 23395 Tarix: 4-10-2025, 13:02

Ölkəmizdə keçirilən III MDB Oyunları ilə əlaqədar yarışların keçirildiyi müvafiq məkanlarda sularda təhlükəsizlik və mümkün xilasetmə tədbirlərinin effektiv təşkili üçün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Belə ki, Xidmət tərəfindən Kür çayının Mingəçevir şəhəri sahilinə düşən hissəsində keçirilən avarçəkmə yarışlarının təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilir, o cümlədən xilasedici qayıqlarla xidmət aparılır.

Bundan əlavə, kiçikhəcmli gəmilərin dayanacağı üçun baza, qurğu və yanalma körpülərindən təhlükəsiz istifadə ilə bağlı Xidmətin mütəxəssisləri tərəfindən fasiləsiz olaraq monitorinqlər davam etdirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi