lider-media.az

Axar-Baxar Milli Parkının Acınohur çölünə 11 baş ceyran buraxılıb

Baxış: 2149 Tarix: 4-10-2025, 11:39

"Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi çərçivəsində yeni yaradılmış Axar-Baxar Milli Parkının Acınohur çölünə 11 baş ceyran buraxılıb. Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib.
O qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Heydər Əliyev Fondu, IDEA İctimai Birliyi və WWF-in dəstəyi ilə 2010-cu ildən başlanılmış bu layihə çərçivəsində bugünədək Şirvan Milli Parkından 407 baş ceyran götürülərək müxtəlif ərazilərə reintroduksiya olunub.
"Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Axar-Baxar və İlisu milli parklarının yaradılması haqqında” 14 iyul 2025-ci il tarixli Sərəncamı ilə Qax, Samur və Yevlax rayonlarının ərazisində 23901,99 ha sahədə Axar-Baxar Milli Parkı, Qax və Zaqatala rayonlarının ərazisində 13966 ha sahədə isə İlisu Milli Parkı yaradılıb”.
Xidmət rəsmisi onu da qeyd edib ki, 2024-cü ildə həyata keçirilən məməli heyvanların payız sayğısı zamanı Acınohur çölündə 500 başdan çox ceyran qeydə alınıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi