Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə oktyabrın 2-3-də Bakı Konqres Mərkəzində "Xəzər dənizi üçün dönüş nöqtəsi: COP29 və UNOC 2025 nəticələrindən COP30 üzrə fəaliyyətə keçid" mövzusunda beynəlxalq konfrans keçirilib.
Oktyabrın 3-də açılış sessiyasında çıxış edən Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, "Great Whale Conservancy" təşkilatının təsisçisi və direktoru Maykl Fişbax, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş əməliyyat direktoru Yucin Six və tədbirə onlayn qoşulan BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Cenevrə Qlobal Resurs Məlumat Bazasının direktoru Paskal Peduzzi dünyanın ən böyük və analoqu olmayan su hövzəsi olan Xəzər dənizinin problemlərindən bəhs edib, dəniz səviyyəsinin azalması, bioresursların tükənməsi, sahilyanı ekosistemlərin deqradasiyası və çirklənmə kimi çağırışların hər bir dövlətin təkbaşına həll edəcəyi problemlər olmadığını diqqətə çatdırıblar.
Qeyd olunub ki, Xəzərin səviyyəsində son onillikdə müşahidə olunan enmə prosesləri həm sahilyanı infrastruktur, həm də ekosistemlər üçün ciddi fəsadlar yaradır. Son 30 ildə 2.5 metr enmə yaranıb ki, bu da balıqçılıq təsərrüfatı, yaşayış məntəqələri və ekosistemlərin dayanıqlığına mənfi təsir göstərir. Suyun çəkilməsi də yeni ekoloji risklər yaradır. Belə ki, torpaq duzlaşması, bioloji müxtəlifliyin zəifləməsi kimi problemlər ortaya çıxır. Bildirilib ki, qlobal əhəmiyyətə malik olan Xəzər dənizində iqlim dəyişikliyi səbəbindən gedən proseslərin təsir və nəticələri regional xarakter daşıyır və yalnız koordinasiyalı tədbirlər, ortaq tədqiqatlar və qarşılıqlı etimad şəraitində aradan qaldırıla bilər. Həmçinin, Azərbaycanın COP29 sədrliyi dövründə əldə olunan nəticələrin praktiki addımlara transformasiyasının vacib olduğu da vurğulanıb.
Tədbir müzakirələrlə davam edib. Müzakirələrdə çıxış edən COP29 Prezidentliyi, Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP), BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat), eləcə də müxtəlif ölkələrin ixtisaslaşmış elmi-tədqiqat müəssisələrinin nümayəndələri Xəzər dənizinin mühafizəsi üzrə regional əməkdaşlıq imkanları, su ehtiyatlarının idarəolunması və beynəlxalq səviyyədə koordinasiyanın gücləndirilməsi məsələlərinə toxunublar. İştirakçılar Xəzər dənizinin ekoloji vəziyyətinə dair mövcud çağırışları qeyd edərək, beynəlxalq elmi əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Qeyd edək ki, IDEA və Caspisnet elmi şəbəkəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən tədbirin məqsədi 10-dan çox ölkəni təmsil edən dəniz ekologiyası, dayanıqlı akvakultura, hidrologiya, coğrafi informasiya sistemləri və bir sıra digər müvafiq sahələr üzrə ixtisaslaşmış alim və ekspertləri bir araya gətirərək Xəzər dənizinin səviyyəsinin dəyişmə dinamikası, dəniz biomüxtəlifliyi və ekoloji balansın qorunması yollarına dair fikir mübadiləsi aparmaq, eləcə də birgə həll yollarını müzakirə etməkdən ibarətdir.
Tədbir çərçivəsində, həmçinin iştirakçıların Xəzərin zəngin biomüxtəlifliyi ilə birbaşa tanış olmaları üçün Abşeron Milli Parkına səfəri təşkil ediləcək.

Azərbaycan Respublikası Prezidentinin Fərmanı
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Leyla Əliyevanın təşəbbüsü ilə Kəlbəcərdə Bal Festivalı keçirilib
Prezident İlham Əliyev "Media haqqında" qanuna dəyişikliklərlə bağlı Fərman imzaladı
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib YENİLƏNİB
Tramp İranla müharibə başa çatdıqdan sonra diqqətini Ukraynaya yönəldəcəyinə söz verib
Baş nazir Əli Əsədov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
Kameranı söndürməyən adam
Rəsmi Bakı ABŞ və İran arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Şamil Ayrım: Şuşa Bəyannaməsi regional sülh üçün strateji yol xəritəsi rolunu oynayır
15 İyun – Milli birliyin və dövlətçilik ənənələrinin əhəmiyyətini xatırladan gün
Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib
TDT-nin Baş katibi: Qurtuluş Günü milli birliyin simvolu kimi böyük önəm daşıyır
Şənbə və bazar gnlərində ölkə ərazisində 84 cinayətin açılması təmin olunub
Ərdoğan ABŞ-İran sazişini mühüm hadisə kimi qiymətləndirib
15 İyun – Tarixin xilasa çevrildiyi gün
Azərbaycan nümayəndə heyəti Bonn iqlim sessiyasında iştirak edib
Milli Kitabxanada “15 iyun – Milli Qurtuluş Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olunub
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib
Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib
Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib
Vətənə bağlanan ömür
Müdafiə Nazirliyi həftəlik fəaliyyət icmalını təqdim edib
Azərbaycan–Şimali Kipr arasında çarter uçuşların başlanması gözlənilir
Агамали Мамедов: Комната ожидания

Alimlərdən xəbərdarlıq: Şəkərli içkilər qaraciyər xərçəngi riskini artırır
Unikal araşdırma: Zəfəran qadınların psixoemosional vəziyyətinə və özünəinamına müsbət təsir edir
Güc məşqləri sağlam və uzun ömrün açarlarından biridir
Alimlərin qorxulu iddiası: Bu bəzək bitkisi ilanlara sığınacaq yaradırmış
Sabah bəzi yerlərdə arabir duman olacaq
Günəş püskürmələrinin dərin mənbəyi aşkarlandı