lider-media.az

Mətbuatın 150 illiyi medalına namizədlər müəyyənləşdirildi

Baxış: 21133 Tarix: 3-10-2025, 15:40

Mətbuatın 150 illiyi medalına namizədlər müəyyənləşdirildi

Azərbaycan Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin iclası keçirilib. İclasda müzakirə edilən ilk məsələ MŞ sədrinin İdarə Heyətinin son iclasından indiyədək görülmüş işlərlə bağlı məlumatı olub. Sədr Rəşad Məcid deyib ki, MŞ "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" yubiley medalına namizədləri müəyyənləşdirib və Medianın İnkişafı Agentliyinə (MEDİA) təqdim edib. R.Məcid məlumatında eyni zamanda bidirib ki, Şura fəaliyyətində media müstəvisində, ümumən informasiya yayıcılığı prosesində nəzərə çarpan mənfi tendensiyalara da münasibətini açıqlayır.

Qurum ötən müddətdə informasiyanın, jurnalist təqdimatının cəmiyyətdə bölücülük yaratmamalı olduğuna dair tövsiyə mətni yayıb.

MŞ-nin icraçı katibi Əvəz Rüstəmov quruma müraciətlərlə bağlı məlumat verib.

O, ümumilikdə 6 şikayət üzrə Şura Katibliyinin həyata keçirdiyi işlərdən söz açıb və bildirib ki, həmin şikayətlərdən biri Şikayətlər üzrə Komissiyanın müzakirəsinə təqdim olunacaq. Digər beş məsələ üzrə isə şikayətçilərlə cavabdehlər arasında anlaşma əldə olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi