lider-media.az

Yeni yerüstü piyada keçidinin inşası davam etdirilir

Baxış: 2195 Tarix: 3-10-2025, 13:04

 Vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə daha bir yerüstü piyada keçidinin inşası davam etdirilir.


AAYDA-nın məlumatına görə, yeni keçid Pirşağı–Xırdalan–Novxanı–M4 avtomobil yolu layihəsi çərçivəsində, yolun 19.5-ci kilometrliyində tikilir. Keçid iki giriş-çıxışdan ibarət olub, ümumi uzunluğu 59.8 metr, aşırım hissəsinin eni 4 metr, pilləkənlərin isə eni 2 metr olacaq.


Yol səviyyəsindən 5.5 metr hündürlükdə yerləşən keçid üstüaçıq dəmir-beton konstruksiya şəklində inşa edilir. Əlavə olaraq, 2 metr enində oval tipli piyada pandusları da quraşdırılacaq ki, bu da keçidin əlçatanlığını artıracaq.


Hazırda keçidin dayaqlarının tikintisi davam edir.


 

    Yeni keçid, inşa olunduğu ərazidə piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi