lider-media.az

Sentyabr ayında 23 875 müraciət daxil olub

Baxış: 21321 Tarix: 3-10-2025, 12:04

Sentyabr ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 23 875 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub..BŞTİ –nin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 13 500 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 5 699 müraciət daxil olub. BŞTİ-yə 3 586 sənəd (vətəndaşlar tərəfindən 1 119 ərizə, Elm vəTəhsil Nazirliyindən 701, digər qurumlardan 309, tabelikdə olan təhsil müəssisələrindən 1 044məktub və 413 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 1 090 elektron müraciətə baxılıb.Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul və digər məsələləri əhatə edir.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi