lider-media.az

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Baxış: 434 Tarix: 3-10-2025, 11:28

Hörmətli cənab Prezident,

Koreya Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Azərbaycan ilə Koreya arasında əlaqələrin uğurla inkişafı məmnunluq doğurur. Bu gün bir sıra sahələrdə, xüsusilə də iqtisadi-ticari, sənaye, yüksək texnologiyalar, rəqəmsal transformasiya, elm, təhsil və digər sahələrdə əməkdaşlığımızın dərinləşməsi üçün yaxşı imkanlar vardır.

İnanıram ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Koreya əlaqələrinin möhkəmləndirilməsi, qarşılıqlı fəaliyyətimizin genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost Koreya Respublikasına daim əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2025-ci il


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2025    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi