lider-media.az

“Xarıbülbül” festivalı Laçında konsert proqramı ilə başa çatıb

Baxış: 227 Tarix: 13-05-2024, 23:39

Lider-media.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Aşıq mahnıları yeni səslənmədə” adlı konsert proqramı Həkəri çayı ətrafında açıq səma altında təşkil olunub.

Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü İlham Qəhrəman bütün laçınlıları salamlayaraq, 30 ilə yaxın davam edən Vətən həsrətinin sona yetdiyini və Laçının toylu-büsatlı günlərə qovuşduğunu böyük şükranlıqla vurğulayıb. Bildirib ki, bu gün Laçının gözəlliyi bütün görənləri valeh edir.

Şuşadan başlayan “Xarıbülbül” festivalının Laçında davam etməsini yüksək qiymətləndirən şair bunu qala-şəhərin qardaş payı kimi qiymətləndirib. O, festivalın təşkilatçılarına minnətdarlığını bildirərək, hər kəsi maraqlı konsert proqramına baxmağa dəvət edib.

Konsertdə, həmçinin Xalq artistləri Aygün Kazımova, Nazpəri Dostəliyeva, Tünzalə Ağayeva, Əməkdar artistlər Ehtiram Hüseynov, Lalə Məmmədova, Elnarə Abdullayeva və digərləri tanınmış aşıqlarımızla duet oxuyublar.

Festival bütün iştirakçıların ifasında “Bütöv Azərbaycan” mahnısının sədaları altında başa çatıb.

Xatırladaq ki, “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı mayın 11-də Şuşada başlamışdı.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi