lider-media.az

İğdır Universitetinin rektoru: Qarabağ Universiteti bizim üçün də çox doğmadır

Baxış: 4386 Tarix: 1-10-2025, 15:06



“8 Noyabr Zəfər Günü Türkiyədə də qeyd olunacaq. İğdır Universiteti olaraq biz də Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfərlə bağlı tədbir təşkil etməyi planlaşdırırıq”. 
Bu fikirləri  Türkiyənin İğdır Universitetinin rektoru, professor Ekrem Gürel Lider-media.az-a açıqlamasında səsləndirib. 
Rektor bildirib ki, Qarabağ Universiteti onlar üçün də çox doğmadır. 

“Azərbaycan və Türkiyə bir-birinə hər zaman -savaşda da, siyasətdə də, ticarətdə də dəstək verir. “Qarabağ məsələsində Türkiyə tam şəkildə həmişə Azərbaycanın yanında olduğunu göstərib.  
Elm və təhsil sahəsində də bu əməkdaşlıq genişlənir”, - deyə Ekrem Gürel vurğulayıb. 

Türkiyə və Azərbaycan universitetləri arasında əlaqələrin gücləndirilməsi, birgə layihələrin reallaşdırılması və təcrübə paylaşımı həyata keçirilir. 
Qeyd edək ki, Türkiyənin Şərqi Anadolu bölgəsindəki universitetlərin rektorlarından və İğdır Azərbaycan Evinin rəhbərindən ibarət nümayəndə heyəti bugünlərdə Xankəndidə yerləşən Qarabağ Universitetində olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi