lider-media.az

Ölkəmizdə hər bir ahıl şəxs sosial təminat sistemi ilə əhatə olunub

Baxış: 23159 Tarix: 1-10-2025, 12:35

BMT-nin Baş Məclisi tərəfindən 1992-ci ildə qəbul edilən Qətnaməyə uyğun olaraq, hər il oktyabrın 1-i dünyada, o cümlədən Azərbaycanda Beynəlxalq Ahıllar günü kimi qeyd edilir.

“Sosial xidmət haqqında” Qanuna əsasən, yaşı 70-ə çatmış şəxslər ahıl hesab olunur. 

Ulu Öndər Heydər Əliyev tərəfindən yaşlı insanlara, ahıllara daim xüsusi qayğı göstərilməklə, onların sosial təminatı sahəsində məqsədyönlü tədbirlərin həyata keçirilməsi təmin olunub. Prezident İlham Əliyevin uğurlu siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayanması əhalinin, o cümlədən ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımların atılmasına imkan verib.

Bu gün ölkəmizdə hər bir ahıl şəxs sosial təminat sistemi ilə əhatə olunub. Onlar aylıq pensiya və ya müavinətlərlə təmin olunurlar. Dövlətimizin başçısının tapşırıqları əsasında 2018-2025-ci illərdə 5 böyük sosial islahat paketi həyata keçirilməklə, sosial ödənişlərdə ciddi artıma, o cümlədən minimum pensiyada 3 dəfəyə yaxın, orta aylıq pensiyada 2,6 dəfə, müavinət və təqaüd ödənişlərinin həcmində 5 dəfə artıma nail olunub.

Son illərdə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə icra olunan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Əhali Fondunun “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” adlı birgə layihəsi əsasında yaşlı, ahıl şəxslərin fəal və sağlam həyat tərzi keçirmələrinə xidmət edən müxtəlif tədbirlər də həyata keçirilib.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və DOST Agentliyi tərəfindən 4 minədək ahıl şəxs isə sosial xidmətlərlə təmin olunur. Onlardan 230 nəfəri Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində daimi dövlət himayəsində yaşayır, 3750 ahıl şəxsə isə evlərində sosial-məişət xidmətləri göstərilir. 

Bütün sosial xidmət müəssisələrində, həmçinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində müasir tələblərə uyğun şərait yaradılıb. Bu müəssisələrdə sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif tədbirlər, o cümlədən onların mədəniyyət mərkəzlərinə, müxtəlif istirahət mərkəzlərinə ekskursiyaları, gəzintiləri və s. də təşkil olunur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi