lider-media.az

İtaliya Prezidenti Sercio Mattarellanın Bakıda rəsmi qarşılanma mərasimi olub

Baxış: 21231 Tarix: 30-09-2025, 20:06

İtaliya Prezidenti Sercio Mattarellanın Bakıda rəsmi qarşılanma mərasimi olubSentyabrın 30-da Azərbaycan Respublikasına rəsmi səfərə gələn İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda İtaliya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanı qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi İtaliya Prezidentinə raport verdi. İtaliya Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın qarşısından keçdi. Azərbaycan və İtaliya prezidentləri rəsmi foto çəkdirdilər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi