lider-media.az

Ekrem Gürel: “Qarabağ Universitetinə lazım olan bütün dəstəyi göstərəcəyik"

Baxış: 920 Tarix: 30-09-2025, 17:27


“Türkiyə universitetləri güclü olduqları sahələrdə Qarabağ Universitetinə dəstək verəcəklər”


"Türkiyə və Azərbaycan hər zaman biri-birinin yanındadır və bu, belə də davam edəcək. Qarabağ Universiteti yeni yaradılıb, təcrübəsi azdır, zaman və dəstəyə ehtiyac var. Qarabağ Universitetinə lazım olan bütün dəstəyi göstərəcəyik"
Lider-media.az xəbər verir ki, bu fikirləri  Türkiyənin İğdır Universitetinin rektoru Ekrem Gürel səsləndirib. 
Rektor bildirib ki, Türkiyənin 8 dövlət universitetinin rektorları Qarabağ Universiteti ilə əməkdaşlıqda maraqlıdır.  
“Biz hər zaman sizin yanınızdayıq. Türkiyənin Şərqi Anadolu bölgəsindəki universitetlərin rektorları da Azərbaycana, Qarabağ Universitetinə məhz bunun üçün gəlmişdilər. Qarabağ Universitetinin rektoru Şahin Bayramovla görüşdük, söhbətlər apardıq, qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə etdik”, - deyə Ekrem Gürel vurğulayıb.    
Rektorun sözlərinə görə, Türkiyə universitetləri güclü olduqları sahələrdə dəstək verəcəklər. Məsələn, İğdır Universiteti kənd təsərrüfatı və aqrar məhsulların dəyərli məhsullara çevrilməsi sahəsində ixtisaslaşıb.

Qeyd edək ki, Türkiyənin Şərqi Anadolu bölgəsindəki universitetlərin rektorlarından və İğdır Azərbaycan Evinin rəhbərindən ibarət nümayəndə heyəti bugünlərdə Xankəndidə yerləşən Qarabağ Universitetində olub.
Nümayəndə heyətinə İğdır Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar, İğdır Universitetinin rektoru Ekrem Gürel, Qars Qafqaz Universitetinin rektoru Hüsnü Kapu, Artvin Çoruh Universitetinin rektoru İbrahim Aydın, Ağrı İbrahim Çeçen Universitetinin rektoru İlhami Gülçin, Bolu İzzet Abant Baysal Universitetinin rektoru Mustafa Alişarlı, Ərzurum Texniki Universitetinin rektoru Bülent Çakmak, Van Yüzüncü Yıl Universitetinin rektoru Hamdullah Şevli, Ardahan Universitetinin rektoru Öztürk Emiroğlu daxildir.


Səadət 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi