lider-media.az

Qarabağ Universitetində Türkiyə universitetlərinin rektorları ilə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib 

Baxış: 116 Tarix: 30-09-2025, 12:26

 Türkiyənin Şərqi Anadolu bölgəsindəki universitetlərin rektorlarından və İğdır Azərbaycan Evinin rəhbərindən ibarət nümayəndə heyəti Xankəndidə yerləşən Qarabağ Universitetində olub.

Lider-media.az xəbər verir ki, nümayəndə heyəti ilə görüşən Qarabağ Universitetinin rektoru Şahin Bayramov Qarabağ Universitetinin başlıca fəaliyyət istiqamətləri, strateji hədəfləri və regional ekosistemin inkişafındakı potensial rolu barədə ətraflı məlumat verib. Dövlətin birbaşa diqqəti və dəstəyi ilə Qarabağ Universitetində aparılan quruculuq işlərindən bəhs edən rektor bu ali təhsil müəssisəsinin birillik fəaliyyəti ərzində əldə edilmiş nəticələri diqqətə çatdırıb və qardaş Türkiyə universitetləri ilə qarşılıqlı faydalı əməkdaşlığın önəmini vurğulayıb.
Görüşdə həmçinin Azərbaycan–Türkiyə qardaşlığından, iki ölkə arasında əlaqələrin bütün sahələrdə, həmçinin təhsil sahəsində genişləndirilməsindən danışılıb.  
Qısa müddət ərzində Qarabağ Universitetində əhəmiyyətli dərəcədə inkişafı görməkdən məmnun olduqlarını bildirən Türkiyə universitetlərinin rektorları davamlı və sıx əməkdaşlığa hər zaman açıq olduqlarını ifadə ediblər.
Sonra əməkdaşlığın potensial istiqamətləri üzrə fikir mübadiləsi aparılıb, qısamüddətli və uzunmüddətli dövrlərdə əməkdaşlıq imkanları dəyərləndirilib, konkret əməkdaşlıq təkliflərinə dair ilkin razılıq əldə edilib.
Qeyd edək ki, səfər Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə həyata keçirilib. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi