lider-media.az

Müşavir: "Türkiyə–Azərbaycan münasibətlərini pozmaq istəyən qüvvələrə qarşı mübarizə aparacağıq"

Baxış: 61376 Tarix: 30-09-2025, 11:59

Türkiyənin Azərbaycandakı Səfirliyi son dövrlərdə Türkiyədə Azərbaycanla bağlı yayılan "saxta xəbərlər" iddialarına dair açıqlama yayıb.

Lider-media.az xəbər verir ki, Səfirliyin Mətbuat müşaviri Dr. Alptekin Cihangir İşbilir Gəncliyə Yardım Fondunda keçirilən görüşdə çıxışı zamanı bildirib ki, Türkiyə–Azərbaycan Media Platformasının gücləndirilməsi və bu proseslərdə daha fəal rol alması üçün işlər aparılır.

Türkiyə–Azərbaycan münasibətlərini pozmaq istəyən daxili və xarici qüvvələrə qarşı mübarizə aparacağıq. Bu qüvvələrə qarşı qarşılıqlı məsləhətləşmələr aparılmalıdır. Daha da bir-birimizə sıx bağlanmalıyıq. Arada boşluq buraxmamalıyıq ki, fitnəyə yol açılmasın. Münasibətləri zədələmək istəyənlərin oyunlarına aldananlar da var. Lakin buna qarşı daha sıx birləşməliyik,” – deyə o bildirib.

Qeyd edək ki, son aylarda Türkiyə mediasında Azərbaycanla bağlı yayılan saxta və təhrif olunmuş xəbərlərin sayında artım müşahidə olunur.


Səadət


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi