lider-media.az

Fermerlərin bilik və bacarıqlarının artırılması məqsədilə Aqrar Təlim Platforması hazırlanır

Baxış: 2158 Tarix: 30-09-2025, 10:11

Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən Aqrar Təlim Platforması hazırlanır. Yeni platforma ölkə üzrə fermerlərin, kənd təsərrüfatı sahəsi üzrə təhsil alan tələbələrin, eləcə də aqrar sahədə fəaliyyət göstərən mütəxəssislərin bilik və bacarıqlarının artırılması məqsədi daşıyır.

Platformada əkinçilik, bitkiçilik, meyvəçilik, heyvandarlıq, kənd təsərrüfatı texnologiyaları, iqlim dəyişikliyi və qabaqcıl aqrar təcrübələr kimi müxtəlif sahələrdə onlayn təlim modulları öz əksini tapacaq. İstifadəçilər videodərslər, interaktiv testlər, tədris materialları, məsləhət xidməti və sertifikatlaşdırma imkanlarından yararlana biləcəklər.

Yeni platforma informasiya məsləhət xidmətlərinə çıxışı asanlaşdıracaq və fermerlərə gündəlik fəaliyyətlərində operativ dəstək göstərəcək. Bu platforma vasitəsilə həm ənənəvi, həm də müasir aqrar texnologiyalar barədə praktiki məlumatları hər kəs istənilən vaxt əldə edə biləcək. Yenilikçi yanaşma əsasında hazırlanan portal mobil cihazlara uyğun interfeys, axtarış sistemi, şəxsi kabinet və davamlı yenilənən məzmun ilə fərqlənəcək. İstifadəçilər kursları tamamladıqdan sonra rəqəmsal sertifikat əldə edə biləcəklər.

Aqrar Təlim Platformasının növbəti mərhələdə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə inteqrasiyası nəzərdə tutulur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi