
İBRAHİMOV Mirələkbər Mirələsgər oğlu 30 sentyabr 1961-ci ildə Qərbi Azərbaycanın Vedibasar mahalının Xalisa kəndində ziyalı ailəsində doğulmuşdur. Birinci sinfə doğma kəndlərində getmişdir. Sonra ailələri Bakıya köçmüşdür. 1978-ci ildə Bakıdakı 158 saylı orta məktəbi bitirdikdən sonra hərbi xidmətə getmişdir. 1980-ci ildə hərbi xidmətini başa vurub, Azərbaycan Dövlət Pedaqoji Universitetinin idman və Hərbi Hazırlıq fakültəsinə daxil olmuşdur. Təyinatı Lənkərana idi. O, üç il burada müəllim işləyir. Sonra isə Bakıya qayıdır və 153 saylı orta məktəbdə ibtidai hərbi hazırlıq müəllimi kimi pedaqoji fəaliyyətini davam etdirir.
1990-cı ilin 20 Yanvar hadisəsindən sonra özünə yer tapa bilmirdi. Daşaltı, Malıbəyli, Kərkicahan qırğınlarından sonra cəbhəyə getməyi qərara aldı. Bu məqsədlə o,Yasamal rayon Hərbi Komissarlığına müraciət etdi. 1993-cü ildə onu yenicə yaradılmış 5-ci Yasamal taboruna komandir təyin edirlər. Mirələkbər öz taboru ilə Füzuli rayonunun Alxanlı, Kürdmahmudlu, Aşağı Seyidəhmədli kəndləri uğrunda gedən döyüşlərdə iştirak edərək, mərdliklə vuruşur.
5 mart 1994-cü il… Mirələkbərin son döyüşü… Döyüşçülərimiz Qorqan kəndini erməni işğalçılarından azad edib, bir az dincəlməyi qərara almışdılar. Elə bu vaxt kəşfıyyatçı xəbər gətirdi ki, yaraqlılar iki kəndi işğal ediblər. İgid komandir öz döyüşçüləri ilə silaha sarıldı. Ağır döyüş başlandı. Döyüşçülərimiz yorulmağına baxmayaraq fədakarlıqla düşmənə müqavimət göstərirdi. Nəhayət hücum öz bəhrəsini verdi. Hər iki kənd geri qaytarıldı. Lakin düşmən gülləsi Mirələkbərdən yan ötmədi. O, Füzuli döyüş bölgəsində gözlərini əbədi yumdu.
Evli idi. Bir övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə kapitan İbrahimov Mirələkbər Mirələsgər oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Vaxtilə dərs dediyi 153 saylı orta məktəb indi onun adını daşıyır.

Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu
Bəzi bələdiyyələr birləşdirilir
Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Prezidentin müsahibəsinin TAM MƏTNİ
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb