lider-media.az

Sentyabrın 29-da gözlənilən hava şəraiti

Baxış: 25150 Tarix: 28-09-2025, 15:43

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və  Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 14-17, gündüz 19-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şərq rayonlarında az çiskinli olacağı, arabir duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-16, gündüz 19-24, dağlarda gecə 2-6, gündüz 10-15 dərəcə isti olacaq.  


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi