Bakıda Çex Respublikasının Dövlətçilik Günü münasibətilə rəsmi qəbul təşkil olunub

;>
;>


Sentyabrın 26-da Bakıda Çex Respublikasının Dövlətçilik Günü münasibətilə rəsmi qəbul təşkil olunub.
Lider-media.az xəbər verir ki, rəsmi qəbulda əvvəlcə Azərbaycanın və Çexiyanın Dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən Çexiyanın Azərbaycandakı səfiri Milan Sedlaçek ölkəsinin dövlətçilik gününün tarixindən danışıb və Çex Respublikasının əldə etdiyi nailiyyətlər barədə də ətraflı məlumat verib.
Diplomat vurğulayıb ki, Çexiya ilə Azərbaycan arasındakı münasibətlər olduqca müsbət dinamika ilə inkişaf edir.
O, Azərbaycanın beynəlxalq arenada qətiyyət və uzaqgörənliklə fəaliyyət göstərməsinin yüksək qiymətləndirildiyini, bunun hörmətə layiq olduğunu qeyd edib.
Azərbaycanın ev sahibliyi etdiyi COP29 tədbirinin əhəmiyyətini qeyd edən M.Sedlaçek bu platforma çərçivəsində keçirilən vacib görüşlərdən danışıb: " Azərbaycanın Prezidenti ilə Çexiya Respublikasının Baş nazirinin görüşü xüsusi önəm daşıyır. Ardınca iqtisadiyyat naziri Praqaya səfər edib və bir sıra digər mühüm tədbirlər baş tutub”.
Səfir əlavə edib ki, yüksəksəviyyəli qarşılıqlı səfərlər, keçirilən görüşlər əlaqələrimizin genişlənməsində xüsusi rol oynayır. Diplomat Çexiya və Azərbaycan arasındakı əlaqələrin inkişaf edərək daha da dərinləşəcəyinə əminliyini ifadə edib.
Azərbaycan Hökuməti adından çex xalqını təbrik edən Xarici İşlər nazirinin müavini Samir Şərifov bu ölkəyə sülh və əmin-amanlıq arzu edib. Azərbaycanla Çexiyanın çox yaxşı tərəfdaş olduğunu bildirən XİN rəsmisi deyib ki, ölkələrimiz arasında qarşılıqlı dostluq və əməkdaşlığa əsaslanan münasibətlər mövcuddur. Çexiya Avropada Azərbaycanın ən yacşı ticarət tərəfdaşıdır. Müxtəlif sahələrdə əlaqələrimizin yüksələn xətlə inkişaf etdiyini qeyd edən nazir müavini yüksək səviyyəli qarşılıqlı səfərlərin, keçirilən görüşlərin əlaqələrimizin genişlənməsində xüsusi rol oynadığını vurğulayıb. Bildirib ki, son dövrlərdə iki öllə aradında ticarət dövriyyəsi xeyli xeyli artıb.
Ölkələrimiz arasında münasibətlərin səmərəli əməkdaşlığa əsaslandığını vurğulayan Samir Şərifov son dövrlərdə qarşılıqlı səfər və təmasların artdığını deyib. “Əminik ki, birgə səylərimizlə ölkələrimiz arasındakı strateji tərəfdaşlıq əlaqələri dövlətlərimizin və xalqlarımızın rifahı naminə bundan sonra da uğurla inkişaf edəcək”, - deyə XİN rəsmisi vurğulayıb.
Qəbulda dövlət və hökumət nümayəndələri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Səadət