lider-media.az

Masallıda  “Çəltik və Düyü festivalı” keçirilib

Baxış: 416 Tarix: 26-09-2025, 17:45



Sentyabrın 26-da Masallıda  “Çəltik və Düyü festivalı” keçirilib.
Lider-media.az xəbər verir ki, tədbirdə Masallı Rayon İcraiyyə Hakimiyyətinin  başçısı Araz Əhmədov,  Milli Məclisin deputatları Məşhur Məmmədov və Cavanşir Paşazadə, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri,  həmçinin rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Festival çərçivəsində çəltik və düyü məhsulları, kənd təsərrüfatı texnikaları, yerli istehsal nümunələri, el sənətkarlığı və məktəblilərin əl işləri nümayiş olunub. 

Masallının zəhmətkeş insanlarının əməyini və bölgəmizin kənd təsərrüfatı potensialını əks etdirən bu tədbir çox əhəmiyyətlidir. Məşhur Məmmədov belə tədbirlərin davamlı olacağını deyib: "İnanıram ki, kənd təsərrüfatının inkişafına tövhə verən tədbirlər davamlı olacaq".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi