lider-media.az

Sumqayıt Sənaye Parkında reallaşdırılan elektrik avtobuslarının istehsalının lokallaşdırılması layihəsi üzrə görülən işlər və qarşıdakı dövr üçün hədəflər müzakirə edilib

Baxış: 2168 Tarix: 26-09-2025, 15:17

Azərbaycanda elektrik mühərrikli avtobusların istehsalının lokallaşdırılması layihəsi çərçivəsində görülən işlər müzakirə olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin “BYD” şirkətinin Kommersiya nəqliyyat vasitələri şöbəsinin baş meneceri Tien Çunlon ilə görüşüb.

Bildirilib ki, son illərdə Azərbaycan və Çin arasında əməkdaşlıq sürətlə inkişaf edib. Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində imzalanan bir sıra mühüm saziş və memorandumlar, o cümlədən “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” əməkdaşlıq üçün geniş perspektivlər açır. Vurğulanıb ki, Çin şirkətlərinin Azərbaycanda həyata keçirdiyi sərmayə layihələri, eləcə də “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsində əlaqələr regional inteqrasiyanın güclənməsinə töhfə verir. 

Görüşdə ölkəmizin iqtisadi prioritetlərinə nail olunması istiqamətində həyata keçirilən tədbirlər, ölkənin sənaye potensialının gücləndirilməsi, “yaşıl” texnologiyaların tətbiqi, enerji səmərəliliyinin artırılması istiqamətində görülən işlər barədə məlumat verilib. 

Görüşdə tərəfdaşlıq üzrə yeni imkanlar, təcrübə və bilik mübadiləsi sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib. Yeni istehsal sahələrinə investisiya qoyuluşunun əlavə dəyər zəncirinin inkişaf etdirilməsində önəmi vurğulanıb. Sumqayıt Sənaye Parkında reallaşdırılan elektrik avtobuslarının istehsalının lokallaşdırılması layihəsi üzrə görülən işlər və qarşıdakı dövr üçün hədəflər nəzərdən keçirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi