lider-media.az

MDB-nin Hidrometeorologiya üzrə Dövlətlərarası Şurasının 36-cı sessiyası keçirilir

Baxış: 21167 Tarix: 26-09-2025, 09:23

MDB-nin Hidrometeorologiya üzrə Dövlətlərarası Şurasının 36-cı sessiyası keçirilir2025-ci ilin 25–26 sentyabr tarixlərində Özbəkistan Respublikasının Daşkənd şəhərində keçirilməsi nəzərdə tutulan MDB-nin Hidrometeorologiya üzrə Dövlətlərarası Şurasının 36-cı sessiyası bu gün öz işinə başlayıb.
Sessiyanın açılış mərasimində MDB ölkələrinin hidrometeorologiya xidmətlərinin rəhbərləri ilə yanaşı, Ümumdünya Meteorologiya Təşkilatının prezidenti Dr. Abdullah Əl-Mandous da çıxış edərək, MDB məkanında hidrometeoroloji müşahidələrin standartlaşdırılması və regional əməkdaşlığın beynəlxalq sistemlərə inteqrasiyası istiqamətində fəaliyyətlərin genişləndirilməsinin strateji əhəmiyyətini vurğulayıb.
Azərbaycanı Respublikasını təmsil edən Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov ölkəmizdə həyata keçirilən dövlət proqramları, erkən xəbərdarlıq sistemlərinin gücləndirilməsi, müşahidə şəbəkələrinin modernləşdirilməsi və beynəlxalq əməkdaşlıq sahəsində əldə olunan nailiyyətlər barədə çıxış edib.
Sessiyanın yekun qərarlarının MDB məkanında hidrometeoroloji təhlükəsizliyin möhkəmləndirilməsinə, iqlim risklərinin idarə olunmasına və elmi-texnoloji modernləşmənin sürətləndirilməsinə mühüm töhfə verəcəyi gözlənilir.
2


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi