lider-media.az

Ötən ay keçmiş məcburi köçkünlərin yeni yaşayış şəraitinə adaptasiyası ilə bağlı 61 tədbir keçirilib

Baxış: 21325 Tarix: 25-09-2025, 19:41

Cari ilin avqust ayı ərzində işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində həyata keçirilən “Əhalinin geri qayıdışı, ərazilərdə dayanıqlı icmaların yaradılması və onların yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin və gəlirgətirən fəaliyyətlərin təşkili” layihəsi üzrə maarifləndirici tədbirlərin icrası davam edib. Ötən ay respublikanın müxtəlif şəhər və rayonlarında keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı ərazilərdə hər birində 40 nəfər olmaqla, 61 tədbir keçirilib. Tədbirlər bir neçə istiqaməti əhatə edib. Bunlar, hədəf icmaların və benefisiar alt-hədəf qrupların yarı-struktur müsahibələr, seminarlar, müzakirələr yolu ilə ehtiyaclarının müəyyən edilməsi, icma iştirakçılığı, gender mövzusunda seminarların təşkili və hədəf icmaların dayanıqlığının təmin edilməsi, gücləndirilməsi üçün vacib olan icma əsaslı strukturların yaradılmasıdır. Seminarlar “Vətəndaş iştirakçılığının təşkili” mövzusunda keçirilmişdir. Böyük Qayıdışa dair I Dövlət Proqramının icrasına cəlb olunmuş dövlət qurumların nümayəndələrinin və məcburi köçkünlərin iştirakı ilə keçirilən seminarın əsas məqsədi azad edilmiş ərazilərə qayıdış prosesində vətəndaş iştirakçılığının təşkili və gücləndirilməsi ilə bağlı praktiki bilik və təcrübələrin paylaşılması olub. Dövlət Komitəsinin bu istiqamətdə tədbirləri davam etdiriləcək. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi