lider-media.az

Tanınmış Türkiyə aktyorları Bakıya gəlir

Baxış: 490 Tarix: 25-09-2025, 14:37

Tanınmış Türkiyə aktyorları Bakıya gəlir.

Lider-media.azın məlumatına görə,  Türkiyənin məşhur Yeşilçam aktrisası Hülya Koçyiğit və müasir dövrün tanınmış aktyorları Berk Oktay, Anıl Altan və Duyğu Sönmez  sentyabrın 26-da Azərbaycana səfərə gələcəklər. 

Bakı Yunus Emre İnstitutunda sabah aktyorlarla görüş keçiriləcək. Görüş iştirakçıları Türk kino sənətinin bu məşhur simaları ilə tanış olmaq, onların həyat və karyerası haqqında maraqlı hekayələr dinləmək imkanı əldə edəcəklər.  

Qeyd edək ki,  Türkiyə-Azərbaycan Türk Film Günləri çərçivəsində təşkil olunan tədbirin məqsədi Türkiyə-Azərbaycan əlaqələrinin möhkəmlənməsinə və iki ölkə arasındakı mədəni mübadilənin artmasına töhfə verməkdir.  



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi