Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq, Akademik Həsən Əliyev küçəsi – “Koroğlu” metrostansiyası avtomobil yolunun Akademik Həsən Əliyev küçəsindən Müzəffər Nərimanov küçəsinədək olan hissəsinin tikintisi sürətlə davam etdirilir.
Yeni avtomobil yolu Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə paralel olaraq layihələndirilib və inşa edilir.
Dövlət Proqramına əsasən, avtomobil yolunun Akademik Həsən Əliyev küçəsi – Müzəffər Nərimanov küçəsinədək olan hissəsi 6 hərəkət zolağından ibarət olmaqla ümumilikdə 3,9 km uzunluğa malik olacaq. Bundan əlavə, 2,6 km uzunluğunda qollar, ramplar və yanaşma yolları da layihəyə daxildir.
Tunellər və yeraltı piyada keçidləri
Avtomobil yolunda ümumi uzunluğu 2 073 metr olan 4 tunel və ümumi uzunluğu 112 metr olan 3 yeraltı piyada keçidinin inşası nəzərdə tutulur:
- 1 nömrəli tunel – yolun 0.8-ci km-də yerləşir. Ümumi uzunluğu 506 m, eni 17 m-dir (qapalı hissə – 120 m, açıq hissə – 386 m);
- 2 nömrəli tunel – yolun 1.5-ci km-də yerləşir. Ümumi uzunluğu 363 m, eni 11 m-dir (qapalı hissə – 74,09 m, açıq hissə – 289 m);
- 3 nömrəli tunel – yolun 1.8-ci km-də yerləşir. Ümumi uzunluğu 307 m, eni 27,5 m-dir (qapalı hissə – 192,8 m, açıq hissə – 114,5 m);
- 4 nömrəli tunel – yolun 2.4-cü km-də yerləşir. Ümumi uzunluğu 894,7 m, eni 27,5 m-dir (qapalı hissə – 259,5 m, açıq hissə – 390,6 m, çıxış hissəsi – 244,6 m).
Hazırda bütün tunellərdə və yeraltı piyada keçidlərində tikinti-quraşdırma işləri davam etdirilir.
Yeraltı piyada keçidlərində icra vəziyyəti:
- 1-ci keçid (km 0+244) – 5%
- 2-ci keçid (km 1+328) – 78%
- 3-cü keçid (km 3+077) – 95%.
Texniki göstəricilər və görülmüş işlər
Layihə üzrə nəzərdə tutulmuş:
- 9 899 ədəd svay və jetdən – bu günədək 4 559 ədəd
- 3 400 metr rigeldən – 1 314 metr
- 1 346,53 metr istinad divarından – 431 metr inşa olunmuşdur.
Tikinti prosesi “İnşaat Norma və Qaydaları”na uyğun şəkildə həyata keçirilir. Bütün inşaat meydançalarında mobilizasiya və demobilizasiya işləri başa çatdırılıb.
Hazırda “Ulduz” metrostansiyasından Həsən Əliyev küçəsi istiqamətində tikinti-quraşdırma işləri sürətlə və keyfiyyətlə davam etdirilir. Bu çərçivədə yerinə yetirilib:
- Torpaq işləri: 899 123,78 m³;
- Torpaq yatağı: 408 896,154 m³.
Layihənin ümumi icra vəziyyəti
Layihə üzrə ümumi tikinti işlərinin faktiki icra vəziyyəti təqribən 35% təşkil edir.
Tikinti altına düşən 155 maneə müəyyən edilib, onların 92%-i üzrə müvafiq tədbirlər görülüb. Kommunikasiya xətlərinin köçürülməsi işləri isə davam etdirilir və hazırda son mərhələdədir.
YOLUNUZ AÇIQ OLSUN...










Prezident İlham Əliyev "Media haqqında" qanuna dəyişikliklərlə bağlı Fərman imzaladı
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Prezidentin müsahibəsinin TAM MƏTNİ
Bakıda yeni yolun inşasına start verildi
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək
Əməyin dəyəri bərabərdirsə, haqqı da bərabər olmalıdır
Günün fotosu
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
F.F.Mustafayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
Qubada dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müasir aqrar texnologiyalar təqdim edilib
Bakıda 4 nəfər son anda ölümdən döndü
V Şəki Beynəlxalq Teatr Festivalı oktyabrın 1-də start götürəcək
“Həzi Aslanov” stansiyasının dalanında əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir
Sentyabrın 18-də gözlənilən hava şəraiti
İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
Formula 1 altı ildən sonra İstanbula qayıdır
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına
Sentyabrın 17-si saat 9:00-a olan faktiki hava
Ü.Z.Quliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Sentyabrın 17-də gözlənilən hava şəraiti

Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər
Həddindən artıq məsuliyyət hissi: görünməyən psixoloji yük
“Gen redaktəsi” xolesterini yox edəcəkmi?