lider-media.az

Yasamal rayonunun Cəfər Cabbarlı küçəsinin bir hissəsində təmir işləri aparılır

Baxış: 21405 Tarix: 24-09-2025, 14:48


Vətəndaşların təhlükəsiz və komfortlu hərəkətinin təmin olunması məqsədilə Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsinin A.A.Bakıxanov küçəsi ilə kəsişmədən başlayan hissəsində qısa müddətli təmir işləri həyata keçirilir.

Təmir çərçivəsində sözügedən ərazidə deformasiyaya uğramış köhnə asfalt-beton örtüyü sökülərək yeni asfalt-beton örtüyü ilə əvəz olunacaq.

Bu məqsədlə əvvəlcə mövcud asfalt-beton örtüyünün üst qatı frezlənərək ərazidən daşınır. Ardınca isə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunacaq.

Təmir işlərinin 25 sentyabr tarixində, axşam saat 24:00-dək başa çatdırılması nəzərdə tutulur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi